Rüstəm Orucov “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

23:30 22.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün cüdoçumuz Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Kişilər arasında keçirilən yarışda Rüstəm (73 kq) üçüncü yer uğrunda mübarizədə rəqibi sloveniyalı idmançı Martin Hojakı məğlub edərək bürünc medala layiq görülüb.

Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.